Ötən ay azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

Oten ay azad olunan erazilerde 428 mina zerersizlesdirilib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan Zeferinfo.az-a verilən məlumata görə, azad olunan ərazilərdə fevral ayı ərzində 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2 862,5 hektar ərazi minalardan təmizlənib.