Ötən ay 141 nəfərin diplomu tanınmayıb
Diplomların tanınması ilə bağlı oktyabr ayı üzrə 467 müraciətçinin 326-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 141 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Zeferinfo.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 57 əhəmiyyətli fərq (kredit sayı), 11 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 4 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 bakalavr diplomu üzrə imtina verilmə, 1 bakalavr diplomu üzrə imtina verilmə və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əhəmiyyətli fərq və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyə Respublikasından 153, Rusiya Federasiyasından 132, Ukraynadan 93, Birləşmiş Krallıqdan 19, Gürcüstandan 15, Polşa Respublikasından 13, Belarus Respublikasından 7, Almaniya Federativ Respublikasından 6, Amerika Birləşmiş Ştatlarından 4, İtaliya Respublikası və Macarıstanın hər birindən 4, Latviya Respublikası və Niderland Krallığının hər birindən 3, Belçika Krallığı, İsveçrə Konfederasiyası və Litva Respublikasının hər birindən 2, Çin Xalq, Konqo, Koreya, Moldova respublikaları və Malayziyanın hər birindən 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 48, menecment üzrə 42, maliyyə üzrə 35, biznesin idarə edilməsi üzrə 34, hüquqşünaslıq üzrə 24 müraciət qeydə alınıb.