Ombudsman: Ermənistanda sağlamlığında ciddi problemləri olanlar hərbi xidmətə göndərilir

“Ermənistan qanunvericiliyində hərbi xidmətə məhdud yararlı hesab olunan şəxslərin orduya çağırılması kimi ciddi problem var. Bəzi hallarda sağlamlığında ciddi problemləri olanlar da hərbi xidmətə göndərilir”.
Zeferinfo.az “Sputnik-Armenia”ya istinadən xəbər verirki, bunu ölkənin insan hüquqları üzrə müvəkkli Anait Manasyan deyib.
Xatırladaq ki, bir qədər əvvəl mətbuatda Ermənistanda ürək qan-damar xəstəliyindən əziyyət çəkən 18 yaşlı Avetik Matevosyanın hərbi xidmətə göndərildiyi və son bir ayı hərbi hospitalda müalicə adığı barədə xəbərlər yayılıb.