Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabildir - Nazirlik

Olkede qizilca ve suciceyi ile bagli epidemioloji veziyyet stabildir - Nazirlik

Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabildir.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisələrində yay tətili səbəbindən məktəblilər arasında təmas azaldığından xəstəliklərin yayılma riski aşağıdır, hava-damcı infeksiyalarında azalma müşahidə edilir.

"Hazırda ölkədə qızılcaya qarşı həm planlı şəkildə, həm də vaxtında peyvənd olunmamış uşaqlar və böyüklər arasında müalicə-profilaktika müəssisələri tərəfindən vaksinasiya tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd edilib.