Naxçıvan hava limanının rəhbərliyinə yeni təyinat olub

Naxçıvan Beynəlxalq Hava Limanına direktor müavini vəzifəsinə təyinat olub.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan Zeferinfo.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Salman Məmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktorunun müavini təyin olunub. Ona həmçinin, direktor vəzifəsinin əmək funksiyalarının icrası həvalə edilib.