Müəllimlərin peşəkar inkişafı üçün təlimlərin ikinci mərhələsinə start verildi — FOTOLAR

Muellimlerin pesekar inkisafi ucun telimlerin ikinci merhelesine start verildi — FOTOLAR
 
Bu barədə Zeferinfo.az-a Nazirlikdən məlumat verilib.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən təlimlər 18 avqustdan etibarən iki ay davam edəcək. Fortepiano, musiqi nəzəriyyəsi, tar, kamança, qarmon, xanəndə və nağara ixtisasları üzrə 70-dən çox müəllim proqramda iştirak edir.
Təlimlər Bakı şəhər Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində və Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində təşkil olunur. Pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən keçirilən dərslərdə fərdi və qrup metodları, interaktiv modellər və müasir təhsil texnologiyaları tətbiq edilir.
MEMİM-in direktoru v.i.e. Vüqar Hümbətov, həmkarlar ittifaqının sədri Elkiyar Ziyadov və sədr müavini Taleh Hüseynli ilk dərsdə müəllimlərlə görüşərək təşəbbüsün əsas məqsədinin bilik və bacarıqların artırılması, müasir tədris metodlarının mənimsənilməsi və peşəkar inkişafın dəstəklənməsi olduğunu bildiriblər.
Xatırladaq ki, may–iyul aylarında keçirilmiş ilk mərhələ üzrə təlimlərə 100-dən çox müəllim qatılıb.