Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi şair Ramiz Məlikov vəfat edib

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik, şair publisist Ramiz Məlikov (Duyğun) vəfat edib.
Bu barədə Zeferinfo.az-a mərhumun qızı Günay Məlikli məlumat verib.
O bildirib ki, atası uzun sürən xəstəlikdən sonra iyunun 19-u səhər saatlarında 87 yaşında dünyasını dəyişib.
Ramiz Duyğun bu gün günorta Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.