MİQ üzrə müsahibənin üçüncü günü: 977 nəfər dəvət olunub

MIQ uzre musahibenin ucuncu gunu: 977 nefer devet olunub

Bu gün müəllimlərin işə qəbulu çərçivəsində keçirilən müsahibələrdə riyaziyyat, informatika, fransız dili, rus dili, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, fiziki tərbiyə, musiqi və Azərbaycan dili fənləri üzrə namizədlər iştirak ediblər.

Zeferinfo.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müsahibələrin üçüncü gününə 977 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Back To Top