Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyinin açılışı oldu - FOTO

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, açılışda bir sıra rəsmilər, AZAL-ın nümayəndələri, H.Əliyevanın yaxınları iştirak edib.
Muzeyin tikintisi Milli qəhrəmanın yaxınları tərəfindən həyata keçirilib. Muzeydə H. Əliyevanın həyatını əks etdirən fotoşəkillər, şəxsi əşyaları sərgilənib.
Məlumat üçün bildirək ki, Hökumə Əliyevanın bu gün 34 yaşı tamam olur.
Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. Onun ata-anası və qardaşı bu gün də sözügedən kənddə yaşayırlar.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.



.jpg)