Milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri arasında intellektual yarış keçirilib

Milli metbuatin 150 illiyi munasibetile media numayendeleri arasinda intellektual yaris kecirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət” mövzusunda intellektual yarış keçirilib. Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbirdə 40-a yaxın media nümayəndəsi iştirak edib.

Agentlikdən Zeferinfo.az-a verilən məlumata görə, tədbirdə rəqabət qanunvericiliyi, keyfiyyət infrastrukturu, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrinə dair praktiki izahlar verilib, iştirakçılar arasında interaktiv müzakirələr təşkil olunub.

Agentliyin fəaliyyət istiqamətlərinə dair nəzəri və praktiki biliklərin artırılması, müvafiq sahələr üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə media təmsilçiləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Üç mərhələdən ibarət yarış qiymət intizamı, malın dəyişdirilməsi və qaytarılması qaydaları, haqsız rəqabət, reklam qanunvericiliyi, texniki tənzimləmə, standartlar, uyğunluğun qiymətləndirilməsi, hökmran mövqe və digər əlaqəli mövzularda yazılı və vizual tapşırıqları əhatə edib.

Tədbirin gedişatında Agentlik nümayəndələrindən ibarət ekspert qrupu tərəfindən iştirakçıların fəallığı və bilik səviyyəsi qiymətləndirilib, mövzular üzrə əlavə izahlar verilib.

  
  
Back To Top