Milli Məclisin Lüksemburqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nigar Məmmədova və işçi qrupun üzvü Elçin Mirzəbəyli mayın 6-da Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərinə səfər edəcəklər.
Bu barədə Zeferinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı Milli Məclisin deputatları Lüksemburq parlamentində bir sıra görüşlər keçirəcək.