Mərkəzi Banka yeni müşavir təyin edilib

Merkezi Banka yeni musavir teyin edilib
Mərkəzi Bankın sədri Taleh Kazımova yeni müşavir təyin olunub.

Zeferinfo.az  xəbər verir ki, bu vəzifə Bəhruz Balayevə həvalə edilib.

1983-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Politologiya” ixtisası üzrə bakalavr, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarında St. Tomas Universitetini “Hüquq” ixtisası üzrə magistr, 2012-ci ildə isə həmin universitetdə Hüquq Elmləri Doktoru (JSD) alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetinə daxil olmuş, 2014-cü ildə oranı “Dövlət İdarəçiliyi” ixtisası üzrə magistr dərəcəsilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.

Əmək fəaliyyətinə 2002-ci ildə Bakı şəhərində “Hyatt Hotels”də başlamışdır. 2007-2012-ci illərdə Nyu-Yorkda “Hilton Hotels”də Əməliyyatlar direktoru vəzifəsində, 2012-2013-cü illərdə NyuYorkda “Oxfam Internatıonal”ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiəçisi, 2014-2022-ci illərdə Qətərdə və İngiltərədə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzində İnnovasiya və İrs direktoru, Qlobal Əlaqələr Departamentinin rəhbəri vəzifələrində çalışmışdır. 2022-2023-cü illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında Xarici əlaqələr şöbəsinin ABŞ İdman Strategiyasına rəhbərlik etmişdir.

Mərkəzi Bankda fəaliyyətə 2024-ci ilin iyul ayının 1-dən Sədrin ofisi departamentində məsləhətçi vəzifəsi ilə başlamışdır. 2025-ci ilin avqust ayının 1-dən etibarən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, iki övladı var.

Back To Top