Zeferinfo.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Qeyd edilib ki, təşəkkürnamələri MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov təqdim edib, könüllülərin Forumun uğurla keçirilməsində göstərdikləri əzmkarlıq, peşəkarlıq və məsuliyyətli yanaşmanı yüksək qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak etdiyi 3-cü Şuşa Qlobal Media Forumunda iştirakçılar üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər baş tutub, çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.