Masallı polisi əməliyyat keçirdi: 10 kiloqram narkotik vasitə aşkarlandı

Masalli polisi emeliyyat kecirdi: 10 kiloqram narkotik vasite askarlandi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Zeferinfo.az-a  verilən məlumata görə, tədbirlərlə 37 yaşlı Ceyhun Əliyev saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.