Magistratura, rezidentura və orta ixtisas təhsili üzrə qəbul nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi keçirilib

Magistratura, rezidentura ve orta ixtisas tehsili uzre qebul neticelerinin elmi-statistik tehlilinin muzakiresi kecirilib

14 – 16 iyul 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri keçirilib.

Zeferinfo.az  xəbər verir ki, tədbirin sonuncu günü 16 iyulda magistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi təşkil edilib.

Müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumları və müəssisələrinin nümayəndələri iştirak ediblər.

İclaslarda magistratura səviyyəsinə qəbul planı, hər iki imtahanda iştirak edən bakalavrların topladıqları balların fərqinin paylanması, imtahanda toplanılan balların paylanmasının ədədi xarakteristikaları, ixtisaslaşma seçimi və qəbulun nəticələri, həmçinin rezidentura səviyyəsinə qəbulun xüsusiyyətləri, namizədlərin imtahanlarda topladıqları balların paylanma diaqramları, klinik bazalar üzrə rezidenturaya qəbul olan namizədlərin orta bal göstəriciləri, müsabiqə nəticələri, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və s. haqqındaməlumat verilib.

Ardınca iştirakçılar nəticələrin müzakirəsini həyata keçirib və sual-cavab əsasında aparılan təhlillərin müxtəlif məqamlarına aydınlıq gətirilib, təkliflər dinlənilib.

Qeyd edək ki, iyulun 14-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu, iyulun 15-də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlillərinin müzakirəsi aparılıb.