Lənkəran-Lerik sərhədində zəlzələ olub

Lenkeran-Lerik serhedinde zelzele olub
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.

Bu barədə Zeferinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.

3.5 maqnitudalı zəlzələnin dərinliyi 33 km-dir.