Lavrov bizim daxili işlərimizə qarışmasın - Mirzoyan

Lavrov bizim daxili islerimize qarismasin - Mirzoyan

Rusiyalı ekspertlər və rəsmilər İrəvanın daxili işlərinə qarışmamalıdırlar.

Zeferinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edib.

Mirzoyan Rusiyalı həmkarı Sergey Lavrovun Ermənistanda dövlət çevrilişinə cəhd və “Müqəddəs mübarizə” hərəkatı üzvlərinin həbsi ilə bağlı dediklərini belə şərh edib:

“Yaxşısı budur, cənab Lavrov Ermənistan Respublikasının daxili işlərinə və daxili siyasətinə qarışmasın”, -deyə o mətbuat konfransında deyib.

Mirzoyanın bildirdiyinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrovun verdiyi informasiya həqiqətə uyğun deyil və Ermənistan hökuməti heç də kilsəyə qarşı mübarizə aparmır.