Kreml: Rusiya və Ukrayna danışıqların üçüncü raundunun tarixini birlikdə müəyyən edəcək

Kreml: Rusiya ve Ukrayna danisiqlarin ucuncu raundunun tarixini birlikde mueyyen edecek
Rusiya və Ukrayna danışıqların üçüncü raundunun tarixini birlikdə müəyyənləşdirəcək.

Zeferinfo.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

O, danışıqların üçüncü raundunun tarixinin birgə şəkildə müəyyən ediləcəyini bildirib.

“Bunu Rusiya və Ukrayna müəyyən edəcək”, - Peskov əlavə edib.

Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 18–21 iyun tarixlərində keçirilir.