Kreml Putin və Zelenskinin avqustun sonuna qədər mümkün görüşünü şərh edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RF və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin avqustun sonuna qədər görüşünün mümkünlüyünə şübhə ilə yanaşdığını ifadə edib.
Zeferinfo.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, o, bu barədə brifinq zamanı bildirib.
D.Peskov qeyd edib ki, prezidentlərin görüşü münaqişənin həllində nöqtə qoymalı və işlənib hazırlanacaq razılaşmaları təsbit etməlidir.