Zeferinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Valeriy Tolmaçevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Valeriy Tolmaçev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Binəqədi rayonu ərazisində baş verib. İttihama görə, Valeriy Tolmacev qeyri-rəsmi nikahda yaşadığı Sevda Qocayevadan dünyaya gələn 2023-cü il təvəllüdlü qızı Mədinə Tolmaçevanı (Qocayeva) qəsdən öldürüb. Hadisənin baş verməsinə səbəb kimi 1 yaşlı uşağın ağlayaraq atasının yatmasına mane olması göstərilib. O, sərxoş halda körpənin ağlamasından hiddətlənərək onun başını bir neçə dəfə divara çırparaq ölümünə səbəb olub.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9 (Qəsdən adam öldürmə — xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.