Konstitusiya Məhkəməsinin yeni hakimləri səlahiyyətlərinin icrasına başladılar

Konstitusiya Mehkemesinin yeni hakimleri selahiyyetlerinin icrasina basladilar
Konstitusiya Məhkəməsinin yeni hakimləri səlahiyyətlərinin icrasına başlayıblar.

Zeferinfo.az  xəbər verir ki, hakimlər Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev bu gündən işə çıxıblar.

Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti başa çatan 4 hakimi - Kamran Şəfiyev, Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanova isə ötən həftə kollektivlə vidalaşıblar. Hazırda onlar istefada olan hakimlərdir.

Qeyd edək ki, iyulun 4-də Milli Məclisdə “Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Məsələ səsvermə yolu ilə qəbul edilib və yeni seçilən hakimlər and içiblər.

Konstitusiya Məhkəməsinin yeni hakimi Rəşid Rzayev bu təyinata qədər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb. Rauf Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub. Otari Qvaladze və Fərhad Tutayuk isə Prezident Administrasiyasında çalışıblar.

Yeni qanunverçiliyə görə, Konstitusiya Məhkəməsinə hakimlər 15 il müddətinə seçilir. Bir şəxs yalnız bir dəfə hakim seçilə bilər.

Back To Top