Kıbrısın təhsil naziri “Kıbris Azərbaycan Evi”ni ziyarət etdi – FOTOLAR

Kibrisin tehsil naziri “Kibris Azerbaycan Evi”ni ziyaret etdi – FOTOLAR

Küzey Kıbrıs Türk Cümhüriyyətinin təhsil naziri Nazim Çavuşoğlu Azərbaycana rəsmi səfəri çərçivəsində “Kıbris Azərbaycan Evi”ni ziyarət etmişdir. Ziyarətçilər sırasında Doğu Akdeniz Üniversitesi (DAÜ) Rektörü Prof. Dr. Hasan Kılıç, Lefke Avrupa Üniversitesi (LAÜ) Rektörü Prof. Dr. Mehmet Ali Yükselen ve Milli Eğitim Bakanlığı Yükseköğrenim , Dış İlişkiler Dairesi Müdürü Behçet Çelebi və millət vəkili Müşviq Məmmədli yer almışlar.. Bakı təmasları müddətində KKTC Bakü Temsilcisi Büyükelçi Ufuk Turganer ile Müşavir Ulaş Kıvılcım da iştirak etmişlər.

Görüş zamanı KKTC və Azərbaycan Respublikası arasında təhsil, staj proqramları və digər sahələrdə əməkdaşlıq potensialı və imkanları müzakirə olunmuşdur. Nazir mərkəzin fəaliyyətindən məmnun qalmış və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Mərkəzin rəhbəri Ruslan Quliyev Küzey Kıbrıs Türk Cümhüriyyətinin təhsil naziri Nazim Çavuşoğluna müəllifi olduğu və ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulmuş “AZƏRBAYCAN RESPUBLİKASININ SAĞLAMLIQ-MÜALİCƏ TURİZM MÜƏSSİSƏLƏRİNİN İDARƏ EDİLMƏSİ MƏSƏLƏLƏRİ: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı kitabını təqdim edib .

Sonda nazir Kıbrıs Türk Evinin Xatirə dəftərinə öz təklif və arzularını yazıb.