İşğaldan azad olmuş ərazilərdə 29,54 % ərazi minalardan təmizlənib

Isgaldan azad olmus erazilerde 29,54 % erazi minalardan temizlenib

İşğaldan azad olmuş ərazilərdə ümumi olaraq 29.54 faiz ərazi minalardan təmizlənib.

Zeferinfo.az xəbər verir ki, bu sözləri Baş Prokurorluq tərəfindən işğaldan azad olunmuş Ağdamda təşkil edilmiş regional konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi E.Hüseynov söyləyib.

O çıxışı zamanı bildirib ki, bu günə kimi Ağdam rayonunun 54.24 faizi, Füzuli rayonunun 67.76 faizi, Xocavənd rayonunun isə 7.56 faizi minalardan təmizlənib.