İşğaldan azad edilmiş 3 şəhər sel sularından mühafizə üzrə layihələndiriləcək

Isgaldan azad edilmis 3 seher sel sularindan muhafize uzre layihelendirilecek

Azərbaycanın azad edilmiş ərazilərində sel sularından mühafizə məqsədilə tədbirlər görüləcək.

Zeferinfo.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Cəbrayıl və Zəngilan şəhərlərinin dağlardan və dərələrdən gələn sel sularından, Qubadlı şəhərinin isə Bərgüşad çayından gələn sel və daşqınlardan mühafizəsi məqsədilə layihələndirmə xidmətləri aparılacaq.

Belə ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq tədbirləri yekunlaşdırıb.

Dövlət xidməti sözügedən işlərin icrasını “Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, sözügedən şəhərlərin sel sularından layihələndirilməsi xidməti 922,2 min manata başa gələcək.

Qeyd edək ki, işlərin həvalə olunduğu şirkət 2011-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Koru Murat adlı şəxsdir.