İşə qəbul müsabiqəsinin növbəti müsahibə mərhələsinə start verilir

Ise qebul musabiqesinin novbeti musahibe merhelesine start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsinin vaxtı açıqlanıb.

Müsahibələrə 17 dekabr 2025-ci il tarixindən start veriləcək.

Belə ki, qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsindən 30-34 bal aralığında bal toplayan namizədlərə müsahibənin vaxtı və məkan haqqında məlumat SMS vasitəsilə göndərilib.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.

Müsahibənin nəticələri barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.