İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 8-ə çatıb

Iraqin simalinda sehid olan turk herbcilerinin sayi 8-e catib
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 8-ə çatıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dünən İraqın şimalında mağarada axtarış tədbirləri zamanı 19 hərbçi zəhərlənib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.