İranda İsraillə müharibə zamanı ölənlərin sayı 1062 nəfərə çatıb

İsraillə 12 günlük müharibə nəticəsində İranda həlak olanların sayı 1062 nəfərə çatıb.
Zeferinfo.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani məlumat verib.
Onun sözlərinə görə, ölənlərin 102 nəfəri qadın, 38 nəfəri uşaqdır.
Hökumət sözçüsü qeyd edib ki, təxminən 8000 yaşayış obyektinə isə ziyan dəyib.