İqtisadi Şurada 2026-cı il dövlət büdcəsi və Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunub

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Zeferinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.