İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 8 % artırılıb

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edib.
Zeferinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 85 milyon manat və yaxud 8 % artırılaraq 1 milyard 68,4 milyon manatdan 1 milyard 153,4 milyon manata çatdırılıb.
Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2025-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Fond isə Fərmandan irəli gələn məsələləri həll etməldir.