Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.
Dəyişikliyə əsasən, 3.1.8-ci yarımbəndə “faizindən” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin qiymətinin 90 faizindən)” sözləri əlavə olunub.
3.1.10-cu yarımbəndin birinci cümləsinə “faizindən” sözündən sonra “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 faizindən)” sözləri əlavə edilib.