İmişlidə pirotexniki vasitələr satanlar saxlanıldı

Imislide pirotexniki vasiteler satanlar saxlanildi

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən T.İbişov, T.Məmmədov və  İ.Nuralıyev saxlanılıblar.

Zeferinfo.az xəbər verir ki, həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində  protokol tərtib edilib və  baxılması üçün məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Back To Top