İmamoğlu ilə bağlı yeni ittiham aktı qəbul edildi

Imamoglu ile bagli yeni ittiham akti qebul edildi

İstanbul Baş Prokurorluğu (Türkiyə) tərəfindən aparılan İstanbul şəhər bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı çərçivəsində hazırlanan ittiham aktı İstanbul 40-cı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

İttiham aktında İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə birlikdə (105-i həbsdə olmaqla) ümumilikdə 402 şübhəli yer alıb.

Əkrəm İmamoğlunun 142 hadisə ilə bağlı olaraq 828 il 2 aydan 2352 ilədək həbslə cəzalandırılması tələb edilib. İttiham aktında bələdiyyə sədri “cinayət törətmək məqsədilə təşkilat qurmaq”, “rüşvət alma”, “cinayət yolu ilə əldə edilmiş pulların yuyulması”, “dövlət qurum və təşkilatlarına qarşı dələduzluq” və sair kimi iddia edilən cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, Əkrəm İmamoğlu mart ayında korrupsiya ittihamı ilə həbs edilib.

Back To Top