İkili diplom proqramlarının sayının 8-ə çatdırılması prosesi 2030-cu ilədək davam edəcək

"1050-ə yaxın tələbə ikili diplom proqramlarına cəlb olunub və artıq bu proqramlar üzrə məzunlarımız var. Ali təhsil sahəsində beynəlxalq ikili diplom proqramlarının sayı yeni Sərəncamla 6-dan 8-ə çatdırılacaq".
Zeferinfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
"İxtisasların təsdiq edilməsi proseslərin başlanğıc mərhələsidir. Bu mərhələdən sonra ixtisaslara uyğun olaraq təhsil proqramları hazırlanmalıdır. Təhsil proqramlarının hazırlanması ilə bağlı yanaşmanı bu il əsaslı sürətdə dəyişdik. Xüsusilə də, magistratura təhsili səviyyəsi üzrə ixtisasların hazırlanmasında işəgötürənlərin, əmək bazarının nümayəndələrinin iştirakını təmin etdik. Əsas məqsəd ondan ibarətdir ki, təhsil proqramlarının arxasında duran təlim nəticələri əmək bazarının təlim nəticələrinə uyğun olsun. Bu bizdə ali təhsil sistemindən əmək bazarına keçidi asanlaşdıracaq. İkili diplom proqramlarının əhatə dairəsinin 8-ə çatdırılmasının icra müddəti 2030-cu ilədək davam edəcək".