Hikmət Hacıyev: Azərbaycan həmişə dialoq üçün platforma təqdim etməyə hazırdır

Azərbaycan çoxtərəfli diplomatiyada liderliyi çərçivəsində ölkələr arasında dialoq üçün həmişə platforma təqdim etməyə hazırdır.
Zeferinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.