Gürcüstan DTX: Batumidə radioaktiv uranın satışına görə iki nəfər saxlanılıb

Gurcustan DTX: Batumide radioaktiv uranin satisina gore iki nefer saxlanilib

Batumidə radioaktiv uranın qanunsuz alışı və satışına görə iki nəfər saxlanılıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Saxlanılan şəxslərdən biri Gürcüstan vətəndaşı, digəri isə əcnəbidir, onun vətəndaşlığı dəqiqləşdirilməyib.

DTX-nin məlumatına görə, sövdələşmənin məbləği 3 milyon dollar təşkil edib.

Qurum qeyd edir ki, radioaktiv uran müxtəlif partlayıcı qurğuların hazırlanması və terror aktının həyata keçirilməsində istifadə olunur.