Gəncə Maarif Evi İctimai Birliyinin festivalı

Gəncə Maarif Evi" İctimai Birliyinin 6-cı ildönümü münasibətilə Gəncədə parlaq festival təşkil edildi. Cavad xan küçəsində keçirilən tədbirdə 60-dan çox sənətkarın əl işlərindən ibarət sərgi-yarmarka nümayiş olundu. Bundan başqa, səhnədə birliyin könüllüləri tərəfindən musiqi şousu təqdim edildi. Tanınmış KVN ustası Bəhram Bağırzadənin iştirakı tədbirə xüsusi ab-hava qatdı. Festival şəhər sakinlərinin böyük marağı ilə keçdi və bayram əhval-ruhiyyəsi yaratdı