GƏNC VƏTƏNPƏRVƏRLƏR İCTİMAİBİRLİYİ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti
Hörmətli Sahib Əli oğlu Məmmədova
Bakı şəhəri, Xaqani küçəsi, ev 26/32, mənzil 100 ünvanında yaşayan Əliyev Müqamət Süleyman oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli Sahib müəllim!
Sizi humanist, vətənpərvər və dövlətçilik prinsiplərinə sədaqətlə xidmət edən bir şəxs kimi yüksək qiymətləndiririk. Bu xüsusiyyətlərinizə görə, “Gənc Vətənpərvərlər” İctimai Birliyi olaraq Sizin daxili və xarici siyasətinizə hər zaman dəstək göstərmişik və göstərməkdəyik.
Müraciət etməyimdə məqsədim uzun illər dövlət qulluğunda çalışmış bir vətəndaş kimi üzləşdiyim haqsızlıqla bağlıdır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Gəmilərə Nəzarət və Dövlət Sularda Xilasetmə Dövlət Xidmətindən 5 noyabr 2024-cü il tarixindən 1-ci dərəcəli dövlət qulluqçusu kimi təqaüdə çıxmışam.
Lakin Dövlət Sosial Müdafiə Fondu 15 ildən artıq dövlət qulluğunda fəaliyyət göstərməyimə baxmayaraq, mənə 1-ci dərəcəli dövlət qulluqçusu statusuna uyğun təqaüd təyin etmir. Səbəb kimi isə 1984–1986-cı illərdə SSRİ Material Ehtiyatları Komitəsinin Azərbaycan ərazi idarəsində və 1990–1992-ci illərdə SSRİ Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin Azərbaycan ərazi idarəsində rəis müavini və sədr müavini vəzifələrində işləməyimin mövcud “Təsnifat Toplusu”na uyğun gəlmədiyini göstərirlər.
Bundan əlavə, Dövlət büdcəsi tərəfindən maliyyələşən bu qurumda fəaliyyətim dövründəki əmək stajımın dövlət qulluğu stajına aid edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin idarənin hüquqi statusunu təsdiqləyən sənədlər və əsasnamələr üzrə rəy təqdim olunması tələb olunur.
Qeyd etmək istərdim ki, adıçəkilən Dövlət Material Ehtiyatları Komitəsinin Azərbaycan ərazi idarəsi uzun illər – 2006-cı ilə qədər Hökumət Evinin 10-cu mərtəbəsində fəaliyyət göstərmiş, həmin ildən isə Fövqəladə Hallar Nazirliyinin tərkibində Maddi Ehtiyatlar Agentliyi kimi fəaliyyətini davam etdirmişdir.
Strateji əhəmiyyətə malik bu kimi bir qurumda fəaliyyət göstərmiş şəxsə münasibətdə göstərilən bu cür haqsızlıqla razılaşmaq mümkün deyil.
Hörmətli Sahib müəllim, uzun illər həmkarlar təşkilatlarının fəal üzvü olmuşam. Sizdən xahiş edirəm ki, hüquqlarımın qorunması və mənə lazımi dəstəyin göstərilməsi üçün müvafiq təşkilatlara müraciət edərək yardımçı olasınız.
Əvvəlcədən təşəkkür edir, Sizə uğurlar arzulayıram.
Hörmətlə, Müqamət Süleyman oğlu Əliyev