Füzulidə dağlıq ərazidə baş vermiş yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir

Fuzulide dagliq erazide bas vermis yanginin tam sondurulmesi istiqametinde emeliyyat davam edir
Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə Zeferinfo.az-a Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.