Fövqəladə Hallar Nazirliyinin yubiley medalı təsis ediləcək

Fovqelade Hallar Nazirliyinin yubiley medali tesis edilecek
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.

Zeferinfo.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Gündəliyə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda müzakirə olunacaq.