FHN-in Muğan Regional Mərkəzi təlim keçirdi

FHN-in Mugan Regional Merkezi telim kecirdi
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Dövlət Yanğından Mühafizə Hissəsində “Qəza baş vermiş şərti binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişin xilas edilməsi qaydalarının öyrədilməsi və təxliyənin təşkili” mövzusunda təlim keçirib.

Zeferinfo.az xəbər verir ki, təlimə FHN-in Muğan Regional Mərkəzi ilə yanaşı Təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və həyata keçirilməsi qaydaları, o cümlədən əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, kəşfiyyatın aparılması, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş “hündürmərtəbəli bina”da əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” təxliyə edib, onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərilib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqlar uğurla icra edilib.

Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.

 
 
Back To Top