“Ezamiyyə xərclərinin normaları haqqında” qərarın əhatə dairəsi genişləndirilib

“Ezamiyye xerclerinin normalari haqqinda” qerarin ehate dairesi genislendirilib
Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “Ezamiyyə xərclərinin birgünlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”na Baş prokurorun müavinləri də əlavə edilib.