Əsas məqsəd azad olunmuş ərazilərdə hüquqi-institusional islahatları gücləndirməkdir - Baş Prokurorluq rəsmisi

Əsas məqsədimiz işğaldan azad olunmuş hər bir ərazidə hüquqi-institusional islahatları gücləndirməkdir.
Zeferinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokurorluğunun istintaq idarəsinin rəisi Nemət Əvəzov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Baş Prokurorluğun əsas hədəflərindən biri vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsidir.
"Bu məsələ bizim üçün şərəf məsələsidir. Sözügedən mövzular daim diqqət mərkəzində saxlanılır", - deyə Nemət Əvəzov qeyd edib.