Ermənistanda keçmiş şəhər meri saxlanılıb

Ermenistanda kecmis seher meri saxlanilib
 

Ermənistanın Vanadzor şəhərinin keçmiş meri Samvel Darbinyan qulluq mövqeyindən istifadə etməklə, xüsusilə külli-miqdarda çirkli pulların yuyulması ittihamı ilə saxlanılıb.

Zeferinfo.az “Armenia Today”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu ittihamla ümumilikdə 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların dördü saxlanılıb.