Ermənistan Milli Assambleyasının sədr müavini: Hakimiyyət kilsənin sağlamlaşdırılmasına çalışır

Zeferinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentində (Milli Assambleya) jurnalistlərə açıqlamasında sədr müavini Akop Arşakyan bildirib.
Bu onun baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə katolikosu kənarlaşdırmaq və onun iqamətgahını “azad etməyə” çağıran paylaşımları, həmçinin Erməni Apostol Kilsəsinə qarşı hərəkata rəhbərlik etməyə hazır olması ilə bağlı açıqlamaları barədə suala cavabı olub.
“Birmənalı olaraq deyə bilərəm ki, bu, kilsə, ləyaqət, erməni xalqı üçün normal kilsə naminə edilir. Atılan addımlar buna gətirib çıxaracaq”, - o deyib.
Arşakyanın sözlərinə görə, əhdinə sadiq qalmayanlar əxlaqdan danışa bilməzlər.
“Biz hələ də katolikosa verilən sualların cavabını eşitməmişik. Ayrı-ayrı şəxslərlə bağlı baş verənləri sistemə aid etməməliyik. Aid ediriksə də, bu onun sağlamlaşdırılması üçündür”, - sədr müavini qeyd edib.