Emin Əmrullayev Türkiyənin tanınmış basketbol klubunun prezidenti ilə görüşüb

Bu barədə Zeferinfo.az-a ABF-dən məlumat verilib.
Görüşün əsas mövzusu iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələr və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Tərəflər gələcəkdə müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlər və təlim proqramlarının həyata keçirilməsi perspektivlərini də dəyərləndiriblər.
Federasiya prezidenti Emin Əmrullayev görüş zamanı Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın müsbət tərəflərindən danışıb və "Nəsibə Aydın" klubunun qadın basketbolundakı uğurlarını yüksək qiymətləndirib. Qarşılıqlı olaraq Mirkan Aydın da Azərbaycan basketbolunda son illərdə müşahidə olunan inkişafı təqdir edərək, gələcək əməkdaşlıqlarda uğurlu nəticələrin qeydə alınacağına inandığını söyləyib.


