“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirilib

Bu barədə Zeferinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşün əsas məqsədi informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elmi müəssisə ilə tanışlıq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi olub.
Görüş zamanı müəssisənin innovasiya və rəqəmsal texnologiyalar üzrə prioritet istiqamətləri, həmçinin elm və təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində nazirliyin əməkdaşları binanın tarixi, ümumi infrastrukturu və əsas fəaliyyət istiqamətləri, texnoloji avadanlıqlarla və əməkdaşların iş şəraiti ilə tanış olublar.
Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar.



