Elçinlə vida mərasiminə - Prezident və xanımı əklil göndərdilər

Xalq yazıçısı Elçin Əfəndiyevlə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirilir.
Zeferinfo.az xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, Elçin Əfəndiyev ötən gün vəfat edib.