Bunu Demokrat.az-a açıqlamasında Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri Azər Xudiyev deyib.
O bildirib ki, son proseslərdə çox ciddi bir səbəb olmasaydı, Azərbaycan belə kəskin və qətiyyətli reaksiya verməzdi:
“Mənə elə gəlir ki, Rusiyadan çox ciddi və fundamental şəkildə Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı təhdidlər yaranıb. Hazırda hansı tərəfdən nəyin gəldiyini də təxmin etmək çətindir. Çox güman ki, ABŞ, Böyük Britaniya, İsrail prosesə qarışacaq. Mümkündür ki, bu üç dövlət və Pakistan, Türkiyə birlikdə Azərbaycan üçün müdafiə alyansı yaratsınlar. Əgər elə olacaqsa, burada vəziyyət daha çox kəskinləşə bilər, Ukrayna variantı kimi bir şeyin ola biləcəyini ehtimal edirəm”.
Azər Xudiyev həmçinin qeyd edib ki, iki ölkə arasında hansısa razılaşdırılmamış tələb də ola bilər:
“Hər halda azərbaycanlılara qarşı Rusiyada çox kobud formada təxribat prosesi davam edir. İnformasiya savaşından diplomatik savaşa keçilir, bunun da nəticəsinin necə olacağı aydın deyil. Mənə elə gəlir ki, AZAL-ın təyyarəsinin vurulması bu prosesin başlanğıcı oldu. Gözləməkdən başqa əlacımız yoxdur, amma vəziyyət kifayət qədər riskli və həssasdır”.
Bakı və İrəvan arasında sülh prosesinə də toxunan Azər Xudiyev qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizi ilə bağlı maraqlı fikirlər var:
“Məncə, Paşinyan Ermənistanda məhz bu əhval-ruhiyyəni yaradır, ictimai rəyi formalaşdırır. Bu da mümkündür, əgər ermənilər Türkiyə və Azərbaycanın mövqeyinə yaxınlaşacaqsa, ruslar buna çox kəskin reaksiya verə bilərlər.
Digər tərəfdən, bəzi məqamlar İranın hansı tərəfdə olacağı ilə bağlıdır. Hansı mövqeyi tutacaq, necə reaksiya verəcək? Çünki İranın da qırmızı xəttləri məlumdur. Bu da başqa bir qeyri-müəyyənlik yaradır, bir çox variantlar ola bilər”.
Cavidan Mirzəzadə: Demokrat.az