Ədliyyə Nazirliyinə yeni hüquq verilib

Məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyi kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə də istifadə olunacaq.
Zeferinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmana edilən dəyişiklikdə əksini tapıb.