“Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Ramil Əliyev Prezidentin çıxışında səsləndirilən fikirlərin ictimai nəzarətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, təşkilatın əsas missiyası ölkədə mövcud haqsızlıqlara və özbaşınalığa qarşı ictimai mövqeni gücləndirməkdir:
“Bizim ictimai fəaliyyətimizin əsas məqsədi haqsızlıqlara, məsuliyyətsiz idarəçiliyə qarşı çıxmaq, ədalətin və şəffaflığın təmin edilməsinə töhfə verməkdir. Real vəziyyəti Cənab Prezidentə çatdırmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurların layiqli cəzasını almasına nail olmaq niyyətindəyik.”
Ramil Əliyev əlavə edib ki, dövlətə sədaqətlə xidmət edən şəxslərə süni maneələrin yaradılması yolverilməzdir:
“Artıq kifayətdir ki, arxa mexanizmlər çərçivəsində sədaqətli insanlara qarşı əsassız addımlar atılsın. Ədalətli, şəffaf və məsuliyyətli idarəçiliyin təmin olunması istiqamətində fəaliyyətimizi qətiyyətlə davam etdirəcəyik.”
Pərvanə Fərhadqızı